“Erməni xalqı Azərbaycanla düşmən olmaq istəmir, məsələni Ermənistan yox, Moskva həll edəcək” – Rəsul Quliyevbackend

"Erməni xalqı Azərbaycanla düşmən olmaq istəmir, məsələni Ermənistan yox, Moskva həll edəcək” - Rəsul Quliyev

“Azərbaycan hələ ki, keçmiş Sovet respublikaları arasında işğal edilmiş torpaqlarını azad edən yeganə ölkədir. Əlbəttə, 44 günlük vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyev deyib.

O, bildirib ki, heç kim, o cümlədən, özü də 2020-ci ilin axırına qədər torpaqların azad ediləcəyinə inanmayıb:

“Azərbaycanın az itki ilə belə ildırım sürətli müharibəsi həm beynəlxalq aləmdə, həmdə keçmiş sovet məkanında, o cümlədən Ermənistanda şok situsiyası yaratdı.Ən əsası problemlərin olmasını istəməyən qərb ölkələri hadisələrin belə nəticələnməsindən çox məmnun oldular. Əslində Azərbaycanı dəstəkləyirlər. Təəssüf ki, işğal olunmuş ərazilərdən həmişə hökümətin əleyhinə istifadə edən bəzi müxalifətçilər də Ermənistan səviyyədə şoka düşdülər, ancaq köhnə xasiyyətlərindən əl çəkə bilmədilər”.

Rəsul Quliyev qeyd edib ki, indi Azərbaycanın qarşısında daha mürəkkəb vəzifələr, problemlər var: 

“İndi müharibə bitdi. Ancaq Azərbaycanın qarşısında daha mürəkkəb, daha əzəmətli vəzifələr dayanıb. Bu problemli məsələlər həllini gözləyir. Ən əsas məsələ Ermənistanla bütün sahələri – sərhəddən tutmuş bir daha müharibə etməməyi əhatə edən müqavilənin bağlanmasıdır.Bu müqavilənin içərisində Azərbaycan -Naxçıvan- İrəvan dəmir və asfalt yolu razılaşması da olmalıdır. Həmçinin bu yollar Türkiyə asfalt və dəmir yolları transport əlaqələri ilə birləşməlidir. Həmçinin rus sülhməramlı qüvvələrinin regiondan çıxması məsələsi də razılaşdırılmalıdır. Azərbaycanın prezidenti DQ-da yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini bir neçə dəfə elan edib. Ermənistan Azərbaycanla dostluq əlaqələri yaratmaq istəyirsə (bu onlara hava və su kimi lazımdır) bunu qəbul etməlidirlər. Qarabağda yaşamış ermənilər fərdi şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət edib vətəndaşlıqlarını təsdiqləyən sənədlər almalıdır”.

Sabiq spiker Ermənistanda hal-hazırda gedən seçkiöncəsi prosesə də münasibət bildirib, Paşinyanla Koçaryanın fəaliyyətindəki fərqi izah edib. R.Quliyev Paşinyanla anlaşmağın mümkün olduğunu diqqətə çatdırıb:

“İndi Ermənistanda parlament seçkilərini udmaq uğrunda mübarizə gedir. Keçmiş prezidenlər Koçaryan, Sarkisyan və baş nazir Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək. Rəy sorğusu bu adamın Paşinyan və ya Koçaryan olacağını göstərir. Bu məsəlini analiz etmək istəyənlərin “ikisi də bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir.

Bu insanlar fərqlidir. Koçaryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının finanslaşdırılması Putin tərəfindən həyata keçirilir və o Koçaryanı dəstəklədiyini açıq aşkar ermənilərə çatdırmaq istəyir. Koçaryan özünü Rusiyanın bir əyalətinin qubernatoru kimi aparacaq.Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərin statusu barədə bütün məsələlər İrəvanda yox Moskvada həll olunacaqdır. Bir sözlə Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək.

Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisi də eyni bezin qırağı deyildir. Erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir. Ermənilərin əksəriyyəti azı 70 faizi türklərlə düşmənçilik etmək istəmir. Koçaryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox Moskva həll edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*