“Erməni xalqı xəstədir və onu sağaltmaq lazımdır” – Arxiyepiskop Mikayel Acapaxyanbackend

“Erməni xalqı xəstədir və onu sağaltmaq lazımdır” - Arxiyepiskop Mikayel Acapaxyan

“Qarabağ bizim üçün itirilib. Hakimiyyətə bundan sonra kim gəlirsə gəlsin, bu acı həqiqət dəyişməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının Primatı, arxiyepiskop Mikayel Acapaxyan “Akunk” Siyasi Təhlil Mərkəzində müzakirə zamanı deyib.

O daha sonra fikilərini belə davam etdirib:

“Biz Qarabağı təslim etdik, həqiqət buradan başlayır. Hakimiyyətə bundan sonra da gələn istənilən şəxs bu acı həqiqəti deməlidir, əks halda “gələcəyik, Qarabağı qaytaracağıq” desək, böyük səhv etmiş olarıq. Bir daha deyirəm, bu mümkün deyil. Bəli, gələcək nəsillər Qarabağı, Naxçıvanı, Qarsı qaytara bilər. Lakin indi bütün bunlar, sadəcə, qeyri-mümkündür. Bu azmış kimi bizim indi qarşımızda bir vəzifə durur – İrəvanı qorumaq”.

Acapaxyan qeyd edib ki, hamı müharibə sözündən qorxur, lakin başa düşmür ki, bu gün də müharibə gedir, amma bu, itkisiz müharibədir: “Biz ərazilərdən imtina edirik, amma bunun əksi olmalı idi: biz qurbanlar verməliydik, amma ərazini verməməliydik. Fikrimizcə, müharibə böyük qurbanlar deməkdir. Bu baxımdan müharibə itkilərdən asılı olmayaraq, ərazi ələ keçirmək, ərazini saxlamaq üçün aparılır”.

Arxiyepiskop Acapaxyan hesab edir ki, hakimiyyəti dəyişməyin üç yolu var – seçkilər, çevriliş, xalq üsyanı və bunların üçü də bu gün mümkün deyil.

“Məni dinləsəydilər, çoxdan inqilab edərdilər. Müharibə zamanı neçə dəfə dedim ki, hərbi çevriliş lazımdır, sabiq prezidentlərə – Köçəryana, Serj Sarkisyana da dedim. Köçəryana dedim ki, yaxşı, sən 10 il prezident olmusan, bir-iki il əvvəl baş nazir olmusan. Doğrudanmı, generallar arasında müttəfiqiniz, tərəfdarınız yoxdur? Serj, sən isə 10 il prezident olmusan, müdafiə naziri işləmisən, milli təhlükəsizlik rəhbəri olmusan, bu günə qədər sizə sadiq bir generalınız olmayıb? Axı seçkilər heç nəyi dəyişə bilməz. Bu eşşək Nikol isə deyir ki, bizim brendimiz demokratiyadır. Siz ərazini təhvil verirsinizsə, demokratiyanız kimə lazımdır?” – deyə o bildirib.

Acapaxyan çıxışının sonunda deyib: “Erməni milləti xəstədir və onu sağaltmaq lazımdır ki, Sasunlu Davidlər çox olsun, qorxaq Verqolar isə az olsun”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*