Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”backend

Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”

Anna Turcotte: “Tarixdən xəbəri yoxdur, siyasi hazırlıq səviyyəsi isə aşağıdır”

Erməni yazıçı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.

KONKRET.az xəbər verir ki, N.Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi onu, onun timsalında isə bütün Ermənistanı gülünc vəziyyətdə qoyub.

A.Turcottenin fikrincə, N.Paşinyan Münhendəki diskussiyada 1990-cı illərdə ermənilərin Bakı, Sumqayıt, Gəncə şəhərlərində üzləşdiyi “zorakılığa” diqqət çəkməli və dünyanı inandırmalı idi ki, əgər Qarabağ Azərbaycanın tərkibinə qaytarılsa, o zaman buradakı ermənilər “yenə eyni zülmə” məruz qalacaqlar. Erməni yazıçı qeyd edib ki, Paşinyanın bütün dünyanın izlədiyi siyasi qarşıdurma meydanında “bu tarixi faktı” unutması yolverilməz və bağışlanılmazdır.

Paşinyanın Azərbaycan Prezidentinə bütün parametrlərdə uduzduğunu bildirən A.Turcotte Ermənistan Baş naziri haqqında “ayıb olsun” ifadəsini işlədib.

Moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*