Ermənilər Azərbaycana görə Özbəkistandan qisas almağa çalışır – TƏFƏRRÜATLARbackend

Ermənilər Azərbaycana görə Özbəkistandan qisas almağa çalışır - TƏFƏRRÜATLAR

Nə başınızı ağrıdaq, erməniləri yenə “qarın ağrısı” tutub.

Özbəkistanın işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasında iştirak etmək istəməsi ermənilərin növbəti isteriyasına səbəb olub.

Onlar sosial şəbəkələrdə özlərinə əl qatıb, özbək qardaşlarımıza “ismarıclar” göndərməyə başlayıblar.

KONKRET.az həmin “isterik” vay-şüvənlərdən bir neçəsini təqdim edir:

“Azərbaycan mətbuatının yazdığına görə, Özbəkistan “türk dünyası”nın Ermənistanın işğal etdiyi Varanda (Füzuli) şəhərində müasir məktəb tikən ilk dövlətlərdən biri olmağı planlaşdırır. Bundan əlavə, Daşkənd Azərbaycan qoşunları tərəfindən işğal edilmiş “Arsax” ərazilərinin yenidən qurulmasına kömək etmək niyyətindədir.

Əgər məlumat doğrudursa, biz Özbəkistan hakimiyyətinə öz ölkələrinin daxili problemləri ilə məşğul olmağı tövsiyə edərdik: sosial-iqtisadi məsələlər, gənclərin ölkədən qonşu ölkələrə axını, əhali arasında radikalizmin yayılması,  Qaraqalpaqıstan Respublikasında üsyan, eləcə də Fərqanə vadisində taciklər və qırğızlarla sərhəd mübahisələrinin aradan qaldırılması”.

Niyə ermənilər bu qədər yanıb-tökülür? Nədir bu “vay-şüvən”in səbəbi? Guya daxili problemlər, sosial-iqtisadi məsələlər, nəinki gənclərin, hətta yaşlı nəslin qonşu ölkələrə axını Ermənistanda yoxdur?! Regionda Ermənistan qədər daxili və xarici problemləri olan ölkə varmı?! Ermənistan bu problemlərə görə siyahıda ilk yerlərdən birini tutur.

Ermənilərin klaviatura qəhrəmanları Özbəkistan rəhbərliyini ittiham etməkdən də yan keçməyiblər. Onlar Səmərqənd və Buxaranın tacik, Daşkəndin isə qazax xalqına məxsus olduğunu iddia edərək, yeni xalqlararası münaqişə ocağı yaratmaq istəyirlər. Beyinsiz başları ilə bu cür absurd “iddia”ları qabardaraq özbəkləri qonşu və qardaş xalqlarla konfliktə çəkmək və Azərbaycanla əməkdaşlığına qarşı çıxmaq istəyirlər. “Dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır”, – deyib atalarımız. 

“Ümumiyyətlə, biz başa düşə bilmirik ki, Özbəkistan hakimiyyəti niyə Qarabağ “münaqişəsi”nə soxulmağa çalışır? Ermənistanda heç kim tarixi ədaləti bərpa etmək, Səmərqənd və Buxara şəhərlərini tacik xalqına qaytarmaq zərurətindən danışmır. Yeri gəlmişkən, necə oldu ki, vaxtilə Qazax xanlığının paytaxtı olmuş Daşkənd sovet dövründə birdən-birə Özbəkistan SSR-yə verildi? Hər halda bu mövzular hələ müzakirə olunmur”, – deyə erməni istifadəçilər çərənləyiblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*