Ermənilər azərbaycanlı jurnalisti axtarışa verdibackend

Ermənilər azərbaycanlı jurnalisti axtarışa verdi

Ermənistan İstintaq Komitəsi “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov barəsində cinayət işi açıb.

KONKRET.az  xəbər verir ki, bu gün həmçinin, Ermənistan İstintaq Komitəsi tərəfindən Nurlan İbrahimov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün İrəvan şəhər birinci instansiya məhkəməsində vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin edib və N.İbrahimov barədə axtarış elan edib.

N.İbrahimova cinayət işi Ermənistan Cinayət Məcəlləsinin milli, irqi və ya dini düşmənçilik, soyqırıma və insanlıq əleyhinə digər cinayətlərə haqq qazandırmaq maddəsi ilə açılıb.

Qeyd edək ki, dünən UEFA rəhbərliyi N.İbrahimovun ömürlük futbol fəaliyyətindən kənarlaşdırılması barədə qərar verib. Həmçinin, “Qarabağ” futbol klubu 100 min avro cərimə ödəməlidir.

N.İbrahimovla bağlı cinayət işi onun “Facebook”da yazdığı və az sonra sildiyi postla əlaqədar qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*