Ermənilər Babək filminə müdaxilə etmək istəyiblər – ŞOK FAKTLARbackend

Ermənilər Babək filminə müdaxilə etmək istəyiblər - ŞOK FAKTLAR

“Azərbaycanın sovet dövründə çəkdiyi ən bahalı filmlərdən biri bu gün də sevərək baxdığımız Babək filmidir. Kinomuzun canlı əfsanəsi Rasim Balayevin baş rolda oynadığı filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissoru isə Eldar Quliyev idi. Film haqqında çox yazılar gedib və müsahibələr verilib. Lakin filmin gizlin qalan iki məqamı olub ki, ermənilər filmə müdaxilə etmək istəyiblər və bu günə qədər onu çox araşdırmırlar”.

KONKRET.az-ın xəbərinə görə, bu sözləri tarixçi-alim Zaur Əliyev bildirib.

O, daha sonra bunları qeyd edib:

“Birinci məsələdə ermənilərin iradı Ərməniyyə sözü üstündə olub. Filmdə Xəlifə Möhtəsimin sərkərdə Afşinlə görüşündə bir epizod var. Xəlifə Babəki məğlub etmək üçün ona təkliflər irəli sürür və bu təkliflər içində Ərməniyyə adı çəkilir. Sovet dövründə rus və erməni tarixçilərin “böyük Ermənistan, Armenia” kimi təbliğ etdikləri bir zamanda Ərməniyyə adının belə böyük büdcəli filmdə çəkilməsi əlbəttə ki, Moskvada oturan ermənilərin və onların havadarlarının xoşuna gəlmir. Onlar Bakıya təzyiq etməyə çalışırlar ki, Ərməniyyə sözü yığışdırılsın və Armenia adı deyilsin. Lakin Azərbaycan tərəfi bu məsələdə geri çəkilmir və sübut kimi 1971-ci ildə Ermənistan Elmlər Akademiyasının “Xəbərləri”nin 2-ci sayında, ABŞ-ın Kaliforniya Universitetinin professoru Nina Qarsayanın mənbələr əsasında ciddi araşdırması olan “Ərməniyyə IV əsrdə” məqaləsini göstərirlər və qeyd edirlər ki, erməni alimi özü buranı Ərməniyyə adlandırıb. Bu məqalənin fakt kimi göstərilməsi Moskvanı qane edir və ermənilərin səsini kəsir.

2-ci məsələ filmin sonunda Babəkin Səhl ibn Sumbatın evində əsir düşməsi kadrıdır. Ssenarist və rejissor filmin sonunda Babəki Səhl ibn Sumbatın, yəni milliyətcə erməni olan insanın satması kadrını çəkirlər. Səhnədə göstərilirdi ki, Babək Səhl ibn Sumbatın evinə gedir ki, orada gecələsin, yenidən qoşun yığıb ərəblərlə vuruşsun. Səhl ibn Sumbat onu satır. O, evdən çıxıb yola düşmək istəyəndə görür ki, artıq qılıncını da götürüblər. Bu, o dövrün ən cəsarətli addımı idi ki, filmdə ermənilərin satqın və xain bir millət olmasını dünyaya göstərsinlər. Lakin Moskvada bu kadrların efirə getməsinə icazə vermədilər. Dedilər ki, Babək Azərbaycanın milli qəhrəmanıdır, bu kadrlar millətlər arasında yaxşı hadisəyə çevrilməz. Buna görə də Moskvada ermənilərin satqın olmasının dünyaya göstərilməsinin qarşısını ala bilirlər”.

Əli Davudoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*