Ermənilər Belarus səfirliyi qarşısına Hitlerin şəkli olan 1 kisə kartof gətirdilər – FOTObackend

Ermənilər Belarus səfirliyi qarşısına Hitlerin şəkli olan 1 kisə kartof gətirdilər - FOTO

Ermənilər Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanda Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanla bağlı dediyi fikirlərə etirazlar davam edir. Bu günlərdə Lukaşenko müsahibəsində Ermənistanın heç kimə lazım olmadığını deyib.

Bu gün Sosial Demokrat partiyasının üzvləri Belarusun İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar səfirliyə üzərinə Hitlerin fotoşəkili və Lukaşenkonun karikaturaları yapışdırılmış bir kisə kartof gətirdilər.

Qeyd edək ki, Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk dünən Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*