“Ermənilər bu cür xülyalara qapılsalar, daha böyük məğlubiyyətlə üzləşəcəklər” – ƏTRAFLIbackend

“Ermənilər bu cür xülyalara qapılsalar, daha böyük məğlubiyyətlə üzləşəcəklər” - ƏTRAFLI

İrəvanda Ermənistanı təcavüzə məruz qalan Ukrayna ilə müqayisə edərək xülyalara qapılırlar. Belə ki, ermənilər Pelosinin səfərindən sonra ABŞ-ın rəsmi İrəvanı silahlandıracağına və bununla da Azərbaycana qarşı mübarizədə nəyəsə nail olacaqlarına ümid bəsləyirlər. Hətta erməni nəşrləri açıq şəkildə “bizə rus silahı yox, ABŞ silahı lazımdır” başlıqlı məqalələr yayımlayırlar. Bəs görəsən ABŞ-ın Ermənistanı silahla təchiz etmək imkanları varmı və bu məsələ nə dərəcədə realdır? Ümumiyyətlə Ermənistan ABŞ silahlarını əldə etsə, Azərbaycana qarşı mübarizədə nəyəsə nail ola bilərmi?   

Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədlinin sözlərinə görə, NATO-nun Baş katibi Yens Stoltonberq açıqlamasında  Ukraynaya indiyə qədər rezerv silahlar verildiyini bildirdi. O, artıq ehtiyat silahların bitmək üzrə olduğunu dilə gətirdi. Bu səbəbdən də nəinki Ukraynanı, hətta özlərini silahlandırmaq üçün yeni silah təchizatına başlamalı olduqlarını diqqətə çatdırdı: “Bu, o deməkdir ki, artıq NATO-nun ehtiyyatında olan silahları Ukrayna istifadə edib. Bu gün Putinin qismən səfərbərliklə bağlı açıqlama verdiyini nəzərə alsaq, o zaman Ukraynada müharibənin hələ çox davam edəcəyini deyə bilərik. Ona görə də, ermənilər Pelosinin səfərindən sonra onlara xeyli silah-sursatın veriləcəyinə ümidli olmasalar yaxşıdır. Digər tərəfdən Azərbaycanın əli armud-alma toplamır. Rəsmi Bakı da Türkiyə, israil və Rusiya tərəfindən silahlandırılır. Digər tərəfdən bir ölkənin digərini qabaqlaması və qalib gəlməsi üçün təkcə silah kifayət etmir. Eyni zamanda orduda nizam-intizam, peşəkarlıq və döyüş ruhu olmalıdır. Erməni ordusunun zabit heyətinin peşəkarlığının nə qədər aşağı, əsgərərinin isə ruh düşkünlüyündə olduğunu İkinci Qarabağ Müharibəsi və sərhəddə baş verən döyüşlər zamanı gördük. Ona görə də, əgər ermənilər bu cür xülyalara qapılsalar, o zaman daha böyük məğlubiyyətlərlə üzləşəcəklər”.

Əhəd Məmmədli: “Bu qətliam Rusiya tarixinə bir qara ləkə kimi düşdü”

Əhəd Məmmədli əlavə edib ki, əgər ABŞ Ermənistanı silahlandırsa, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bu məsələyə yalnız etiraz edə bilər: “Amma buna rəğmən Azərbaycan ayıq-sayıq olmalı, ordunu daha da peşəkarlaşdırmalı və silahlanmaya davam etməlidir. Eyni zamanda ordumuz Rus qalıqlarından təmizlənməlidir. ABŞ isə beynəlxalq hüquqla Ermənistana silah sata bilər. Lakin Ermənistanın pulu olmadığından bu silahlar İrəvana yalnız kredit borcu kimi veriləcək. Amma ABŞ-ın Ermənistanı silahla təchiz edəcəyini düşünmürəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*