“Ermənilər çaylarımızı çirkləndirib, flora və faunamızı məhv edib” – Nazirlik rəsmisibackend

"Ermənilər çaylarımızı çirkləndirib, flora və faunamızı məhv edib" - Nazirlik rəsmisi

Qarabağ bölgəsi üzrə hava proqnozlarının verilməsi işğal dövründə də bir gün belə dayandırılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğalçılar 30 il ərzində Qarabağdakı gözəl çaylarımızı çirkləndirib: “İşğal dövründə unikal fauna və floramız, tarixi abidələrimiz ermənilər tərəfindən məhv edilib. Qarabağın işğalda olan hər bir rayonu üzrə proqnozları verərkən biz ümidimizi kəsmirdik. Əmin idik ki, o gün gələcək, torpaqlarımız işğaldan azad olunacaq və proqnozlarımızdan bizim vətəndaşlar istifadə edəcək”.

“Bu gün biz qürur duyuruq ki, Qarabağ bölgəsi üçün verdiyimiz hava proqnozlarımızdan bizim hərbçilərimiz və oranı bərpa edən mütəxəssislərimiz faydalanır. Gələcəkdə də hidrometeoroloji məlumatlar dirçələn Qarabağda iqtisadiyyatın müxtəlif sahələrinin səmərəli planlaşdırılmasına xidmət göstərəcək”, – U.Tağıyeva əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*