Ermənilər Cəbrayılda tarixi abidələri dağıdıb – FOTObackend

Ermənilər Cəbrayılda tarixi abidələri dağıdıb - FOTO

27 il ərzində işğal altında olan Cəbrayıl şəhərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına məxsus tarixi və mədəni abidələr dağıdılıb. Həmin ərazilərdə qeyri-qanuni iqtisadi və kənd təsərrüfatı fəaliyyətləri həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Azersky” peyki vasitəsilə əldə olunmuş təsviri Azərkosmos ASC yayıb.

Bildirilir ki, Ermənistanın beynəlxalq hüquqa zidd olan bu kimi fəaliyyəti hələ ki Azərbaycanın digər işğal altında olan torpaqlarında davam edir. “Azersky” peyki vasitəsilə bu fəaliyyətlər gündəlik olaraq izlənilir. Monitorinqlər nəticəsində əldə olunan məlumatlar dünya ictimaiyyətinə çatdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*