backend

“Ermənilər minaları necə gəldi basdırıblar, onlarda xəritə-filan yoxdur!” - Polkovnik-leytenant

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ikisi jurnalist olmaqla, 3 nəfərin düşmənin basdırdığı minaya düşərək həlak olması, 4 nəfərin isə yaralanması hadisəsi ilə bağlı müzakirələr bitib-tükənmir.

KONKRET.az-ın məlumatına görə, hadisəyə münasibət bildirən polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, rəsmi qurumların (Baş Prokurorluq-red.) olayla bağlı verdiyi açıqlama düşmənin məsuliyyətini bir qədər yüngüllləşdirmək təsiri bağışlayır.

Ü.Cəfərovun sözlərinə görə, hazırda ən çox müzakirə olunan məslələrdən biri ermənilərin minalanmış sahələrin xəritəsini vermək istəməməsilə bağlıdır. Amma o, ermənilərdə belə xəritələrin olduğuna inanmır:

“Sizə elə gəlmir ki, biz mina xəritələrinin verilməsi üçün davamlı müraciətlərimizlə düşməni bir qədər yuxarı qaldırırıq?! Axı onlar olmayan ağılları ilə necə o xaotik basdırdıqları minaların xəritələrini bizə versinlər? Guya bunlar həmin minaları harda gəldi basdırarkən xəritə tərtib ediblər? Ay-hay!

Dünyada sivil, inkişaf etmiş dövlətlər və ordular hər şeyi elmi əsaslarla həyata keçirirlər. O cümlədən hərbi qayda-qanunlara əməl etməklə. Axı erməni nə qanır ki, minaladığı sahələrin xəritəsini də tərtib etsin? Başıpozuq dəstəyə malik olan erməni və onların havadarları Azərbaycanın bir vaxtlar işğal altında saxladıqları rayon və şəhərlərində basdırdıqları minaların xəritəsini də guya tərtib edirlərmiş. Mən buna inanmıram və düşünmürəm ki, bu alçaqlar məhz hərb elminin tələblərinə əməl edərək, bu işi görüblər. Buna görə də, biz onlardan minalanmış ərazilərin xəritəsini tələb edəndə, mal kimi gözlərini döyüb qalıblar ki, axı nəyi versinlər? Olmayan şeyi necə verə bilərlər? Bir də, fərz edək ki, düşmən o xəritələri bizə heç vaxt verməyəcək. Belə çıxmır ki, biz onların imtinası nəticəsində illərlə öz doğma yurd-yuvalarımıza qayıtmayacağıq? Elə olmur axı. Müdafiə Nazirliyimizin, eləcə də döyüş bölgəsində real müharibə şəraitində olan Dövlət Sərhəd Xidmətimizin kifayət qədər peşəkar minaaxtaran şəxsi heyəti və ciddi mühəndis-istehkam avadanlıqları var. 44 günlük Vətən savaşından sonra bir sıra xarici ölkələrdən işğaldan azad edilmiş ərazilərimizi minalardan təmizlənmək üçün ən müasir maşın və mexanizmlər alınıb.

Ona görə də, gəlin, bu xəritə məsələsini sadəcə rəsmiləşdirək, qoy beynəlxalq qurumlar erməni və ona havadarlıq edən fransızlardan, ruslardan, digər dövlətlərdən cavab tələb etsinlər”.

Ü.Cəfərov deyib ki, baş vermiş axırıncı hadisə bir daha döyüş bölgəsində kimliyindən asılı olmayaraq son dərəcə ayıq-sayıq olmağı tələb edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*