Ermənilər müharibəni uduzdu – MUXTARİYYƏT OLMAYACAQ!backend

Ermənilər müharibəni uduzdu - MUXTARİYYƏT OLMAYACAQ!

“Ermənistan Baş naziri Nikol Paşinyanın, “Qarabağ münaqişəsi ancaq ikitərəfli kompromislə həll ola bilər, əks halda biz mübarizəmizə sona qədər davam edəcəyik” sözləri indiki məqamda boş və mənasızdır”.

Bu sözləri KONKRET.az-a politiloq Əhəd Məmmədli deyib. O, Paşinyanın daxili publikaya oynadığını bildirib:

“Nikol Paşinyan daxili auditoriyaya xoş görünmək üçün belə sərsəm bəyanatlar verir. Amma reallıqda vəziyyət tamam başqadır. Onlar özləri geri çəkildiyini, Azərbaycan ordusun qarşısında tab gətirə bilmədiklərini etiraf edirlər. Hətta vəziyyət o qədər pisdir ki, artıq qadınları, yaşlı insanları döyüşə cəlb edirlər. Bir sözlə, Ermənistan cəbhədə açıq şəkildə məğlub olur.

Ermənistanla kompromisə getməyə gəlincə, bu məsələ artıq keçmişdə qalıb. Dağlıq Qarabğdan erməni qoşunları tam şəkildə çıxarılmayana qədər hansısa kompromisdən söhbət gedə bilməz”.

Politoloq Dağlıq Qarabağa muxatariyyət verilməsindən də danışıb:

“Muxtariyyət məsələsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağı təqdirdə qüvvədə idi. Amma 30 il ərzində onlar bunu əllərinin tərsi ilə geri çevirdi. İndi hansı muxariyyatdan söhbət gedə bilər?! Biz o əraziləri qanımız, canımız bahasına alırıq. Bununla bağlı Prezident İlham Əliyev də öz mövqeyini ortaya qoydu və artıq status-kvo məsələsinin olmadığını bildirdi. Bu, dövlətin ortaya qoyduğu mövqedir”.

Ə.Məmmədli ermənilərin Dağlıq Qarabağda yaşaması məsələsinə də toxunub:

“Əlbəttə, Azərbaycan dövləti ermənilərin Dağlıq Qarabağda təhlükəsiz yaşamağını təmin edəcəkdir. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və bayrağımız altında yaşamaq istəsələr, buyurub rahat bir şəkildə yaşaya bilərlər”.redaktor.az

  • İbrahim
    Oktyabr 23, 2020 - 00:04

    Nəinki mədəni muxtarıyyat heç onların Azərbaycanda yaşamağa haqqı yoxdur.
    Əgər elədirsə 1988-ci ildən Qərbi Azərbaycandan yəni indiki (qondarma ermənistandan) zorla qovulan sayı 265 mindən çox olan Azərbaycanlılar geri qayıtsın və Zəngəzurda Göyçədə onlara da mədəni muxtarıyyat verilsin. 30 ildir Azərbaycanlılar qaçqın vəziyyətində yaşayıb onların mülkləri talan edilib! 30 ildir qarabağ və ətraf rayonların sərvətləri
    talan edilib. Əvvəlcə terrorist erməni dövləti bunların hesabını verməli Azərbaycana böyük təzminat ödəməlidir.
    Ondan sonra şərəfsiz ermənilərə Azərbaycanda yaşamağa icazə verilsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*