Qarabağda məskən salmış rus tulası Vardanyan ermənilər tərəfindən hədələnib.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı ermənilər teleqram kanalda Vardanyana müraciət ünvanlayıblar.
Belə ki, özünü qondarma rejimin “dövlət naziri” elan edən Ruben Vardanyan erməni mediasına müsahibə verib. O, müsahibəsində Laçın dəhlizinin “bağlanmasına” qarşı Xankəndi hava limanını açılmasının yeganə həll yolu olduğunu çərənləyib.
“Hava dəhlizinin açılması vəziyyəti kəskin şəkildə dəyişə biləcək yeganə həll yoludur.
Xankəndi hava limanı orta ölçülü təyyarələri qəbul etməyə hazırdır. Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək. Bu vəziyyətdə yeganə çarə qış aylarında normal şəraitdə bizə yaşamağa imkan verəcək hava yoludur ki, onun açılma ehtimalı var”, – deyə Vardanyan bildirib.
Onun bu sərsəmləməsinə ilk öz soydaşları cavab verib. Onlar Vardanyanı məmnuniyyətlə söyüb, təhqir ediblər.
“Sən nə əclafsan, Ruboş. Azərbaycanlıların Qarabağa gələn, yaxud gedən istənilən təyyarəni vura biləcəyini yaxşı bilə-bilə həyasızcasına insanlara yalan danışırsan.
Yeganə çarə Laçın yolunu açmaqdır, əclaf!
Pislik, sənin Qarabağa gəlişin heç kimə pislikdən başqa bir şey gətirmədi!
Amma hazırlaş, əgər belə davam edərsə, Qarabağ Azərbaycana birləşəcəksə, səni parça-parça edəcəyik. Xain və murdar Arayiki yox, şəxsən səni parçalayacağıq.
Yaxşı fikirləş!”, – deyə rusiyalı ermənilər hədələyib.
Xuraman Etibarlı,
KONKRET.az
