9 noyabr 2020-ci ildə 44 gün davam edən Qarabağ müharibəsi Ermənistan üçün ağır güzəştlər, böyük itkilər və biabırçı məğlubiyyətlə başa çatdı.
Müharibədən iki il sonra çoxları müharibənin nəticələri, məğlub olan hakimiyyətin yenidən seçilməsi, ölümlərin davam etməsi, vətən itkisi ilə barışa bilmir.
KONKRET.az xəbər verir ki, bu fikirləri Qələbəmizin ikinci ildönümündə ermənilər sosial şəbəkələrdə yazıblar. Onlar yenə də “revanşizm”dən bəhs edirlər.
Onlardan bir neçəsinə nəzər salaq.
Prodüser Ruben Mxitaryan yazır:
“2 il biabırçılıq… 2 il yas… 2 il itki… 2 il xəyanət… 2 il yalan… Sonsuz 9 noyabr 2020-ci il.. .”.
“Ermənistan” (“Hayastan”) Fondunun keçmiş sədri Ara Vardanyan yazır:
“İki il…İki il alçaldılma, dəyər itirmə, məğlubiyyət və özünü unutma.
Biz çox zəifik, o qədər ki, yeganə “silah” lənətdir”.
Müharibədə məhv edilən Menua Ovannisyanın anası Karin Tonoyan yazır:
“9 noyabr: əslində, mən sizi məhz bu gündə itirdim, kişilər… Qələbəni itirdim, həyatınızın qiymətini itirdim… Bu gün özümü lənətlədim, çünki amansızcasına aldandım və dedim: “Müharibədir, qalxın, kişilər”. Öz istəyimlə sizi sui-qəsdçi ölümə göndərdim. İlk gündən bu gücə şübhə etdiyimi unutdum.
Məni bağışlamayın, kişilər. Bizi bağışlamayın, uşaqlar…
Diz çöküb bağışlanma diləyəcəyəm və and içirəm ki, səndən oğurlanmış qələbəni geri qaytaracağıq”.
Öz növbəsində, Cənubi Qafqazın geosiyasəti üzrə ekspert Anjela Elibegova yazır:
“Artıq 2 ili itirmişik. Artıq güclənmək, səhvləri düzəltmək, vəziyyəti dəyişmək üçün 2 il sərf etmişik. Düşmən isə yox. Müharibə davam edir”.
“Vətəndaş Şüuru” QHT-nin sədri Narek Samsonyan yazır:
“Qisas olacaq! Ordu bərpa olunacaq! Səhifəni 9 Noyabrda çevirəcəyik!!! İstəsəniz də, istəməsəniz də daxili və xarici düşmənə qalib gələcəyik!”
Mantaşov iş adamları birliyinin sədri Vahram Mirakyan qisas mövzusunu davam etdirərək yazır:
“2 il əvvəl bu gün – 9 noyabr həyatımda ən çətin gün idi.
Erməni “soyqırımı”ndan sonra 9 noyabr 2020-ci il bizim ən böyük məğlubiyyətimizdir. 100 ildən artıqdır ki, bizim belə böyük hərbi itkilərimiz olmayıb.
9 noyabrı xatırlayırsınız, ya yox?
Əlbəttə, unutmayın ki, bunsuz qisas olmayacaq. Bizim qisas almağa alternativimiz yoxdur. Alternativ dövlətin itirilməsidir.
Amma qisas, ilk növbədə, iqtisadi, effektiv, mədəni, idarəçilik, humanitar, demoqrafik… sonra hərbidir. Bu mövqedən hərbi qisas almaq qeyri-real görünə bilər, ilk növbədə mövqeyimizi dəyişmək lazımdır.
Qisas almağın alternativi yoxdur”.
P.S. “Dəmir Yumruq”… Vəssalam!
Xuraman Etibarlı,
KONKRET.az

Alçaq həmişə alçaq, şir həmişə şairdir!