“Azərbaycan Arayik Arutyunyanı həbs etsə, müharibə olacaqmı?”
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, hazırda erməniləri ən çox düşündürən və qorxudan sual budur. Azərbaycanın hüquq-mühafizə orqanları özünü qondarma rejimin prezidenti elan edən Arayik Arutyunyanı mümkün qədər tez həbs etmək niyyətindədir. Bu barədə dünən Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov məlumat verib.
Erməniləri başqa bir şey də maraqlandırır: “Xankəndi danışır, Paşinyan isə susur. Belə nəticəyə gəlmək olar ki, Qarabağ torpaqlarını təhvil verəndən sonra rəsmi İrəvan Qarabağ prezidentini də təslim etməyə hazırdır”, – deyə erməni KİV yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
