Ermənilərin atəşkəsi pozması fonunda Kərəm Vəliyevin Kəlbəcərə səfəri nədən xəbər verir? – ÖZƏLbackend

Ermənilərin atəşkəsi pozması fonunda Kərəm Vəliyevin Kəlbəcərə səfəri nədən xəbər verir? - ÖZƏL

Son günlər Ermənistanda hakimiyyət əleyhinə etiraz aksiyaları artmaqdadır. Müxalifətin Paşinyanın istefasını tələb etməsi və oturaq aksiyaya keçməsi müəyyən suallar doğurur. Bütün bunların fonunda isə Ermənistan tərəfi Kəlbəcər istiqamətində atəşkəsi pozur. Belə bir məqamda Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Maraqlıdır, erməni təxribatlarının artdığı bir vaxtda Kərəm Vəliyevin Kəlbəcərə səfəri nədən xəbər verir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki,  Kərəm Vəliyevin Kəlbəcərə erməni təxribatları ilə bağlı səfər etdiyini düşünmür: “O, Baş Qəragh rəisi təyin olunandan sonra tez-tez işğaldan azad edilmiş ərazilərə səfər edir. Fəaliyyətinin böyük hissəsini Ermənistanla sərhəddə olan Azərbaycan Silahlı qüvvələrinin dislokasiya yerlərində keçirir. Bundan başqa Erməni silahlılarının təxribatlarının qarşısının alınması üçün ərazidə kifayət qədər hərbçilərimiz var. Xüsusi Təyinatlı Qüvvələrlə yanaşı digər ordu və qoşun növləri də ermənilərin bütün irimiqyaslı təxribatlarının qarşısını almaq və onları məhv etmək üçün yerlərdə dislokasiya olunub. Bundan əlavə hərbi hissə və korpus komandirləri də öz yerindədir.  Baş Qərargah rəisinin bu yerlərə getməsi və müəyəyn tapşırılqarın verilməsi tamamilə təbiidir. Azərbaycanın güclü ordusu var və bütün strukturları yerindədir”.

Təhlükəsizlik qaydalarına əməl etməmək dövləti, vətəndaşları, hərbçiləri  çıxılmaz vəziyyətdə qoyur'

Ekspertin son zamanlar Ermənistanda siyasi qarşıdurmaların artdığına diqqət çəkib: “Hakimiyət əleyhinə etirazlar getdikcə daha ciddi xarakter alır. Zənnimcə bu, Rusiya tərəfindən qaynaqlanan siyasi basqıdır. Prezident İlham Əliyev Brüssel səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirdi. Bu da Rusiyanı qıcıqlandırmaya bilməzdi. Rusiya Qafqazda öz hegemonluğunu qorumaq üçün münaqişə və gərginliyi daimi olaraq saxlamaq istəyir. Daha sonra  Paşinyan Moskvaya Putinlə görüşə getdi. Bu görüşdən sonra Ermənistanda vəziyyət gərginləşdi. Hesab edirəm ki, görüşün nəticələri Putinin xoşuna gəlməyib. O Paşinyandan istədiyi cavabı ala bilmədiyinə görə onu cəzalandırmaq niyyətindədir. Əldə olunan razılaşmaları pozmaq üçün Ermənistanda etiraz aksiyaları artır. Ölkədə hökumətə tabe olmayan hərbi qüvvələr var. Bununla yanaşı orada Rusiyayönümlü oliqarxlar da az deyil. Sərhəddə baş verən təxribatlar məhz bununla bağlıdır. Lakin onlar Azərbaycan ordusunun gücünü görüb. Təxribatlar davam edərsə, sonda Azərbaycanın 44 günlük müharibədə olduğu kimi ağır cavabına gətirib çxıaracaq. Bu da Ermənistan dövlətçilyinin süqutu deməkdir”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*