backend

"Ermənistan atəşkəsi pozmaqla..." - AÇIQLAMA

Xəbər verdiyimiz kimi oktyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş zamanı birgə bəyanat qəbul edilib. Bəyanatda bildilir ki, oktyabrın 10-da saat 12-də hümanitar atəşkəs elan olunur. Laki bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Dağlıq Qarabağ deyilən bir anlayış yoxdur: “Bu, Ermənistan tərəfinin dünyanı çaşdırmaq məqsədi ilə uyduqduğu bir mif idi. Azərbaycan Ermənistanla müharibə aparır. Atəşkəs elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozaraq cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Güclü və düşməni qorxu içində yaşadan orduya sahib olmasına baxmayaraq, Azərbaycan dövləti beynəlxalq hüquq normalarının prinsiplərinə uyğun olaraq hər zaman atəşkəsə əməl edib. Lakin Ermənistan tərəfi sentyabrın 27-dən mülki əhalini və yaşayış məntəqələrini hədəf seçib. Artıq saat 12-ni keçməsinə baxmayaraq, ermənilər bizim bəzi yaşayış məntəqələrimizi yenidən atəşə tutublar. Bu da əlbəttə Ermənistanın daxilində olan ictimai, siyasi və hərbi vəziyyətin məcrasından çıxdığını, vahid komandanın olmamasından xəbər verir. Ermənistanın daxilində qruplaşmalar şəkilində təxribatlara əl atırlar. Əlbəttə bu həm Ermənistanın cılızlığını, acizliyinin göstəricisidir, həm də daxildə vəziyyətin nə qədər ağır vəziyyətin olmasının sübutudur”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*