“İlin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər”.
KONKRET.az xəbər verir ki, bu barədə Stratfor analitik mərkəzi məlumat yayıb.
“Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir həqiqəti vurğulayır ki, sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən yaxın olsa da, sərhədlərin demarkasiyası ilə bağlı çətinliklər bu prosesi gecikdirəcək. Eyni zamanda delimitasiya prosesi dayandırılsa, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər. Tərəflər həmçinin regionda dəhliz və Konstitusiyaya dəyişikliklər kimi sülh sazişinə daxil edilməyən məsələlərlə bağlı fikir ayrılıqlarını prosesin gecikdirilməsi üçün əsas kimi istifadə edə bilərlər”, – analitik mərkəzin hesabatında vurğulanıb.
Müşviq Tofiqoğlu
KONKRET.az