“Ermənistan Azərbaycana qarşı müharibəni bitirməyib və onu davam etdirir” – İLGİNC AÇIQLAMAbackend

“Ermənistan Azərbaycana qarşı müharibəni bitirməyib və onu davam etdirir” – İLGİNC AÇIQLAMA

“Ermənistanı təslim etməyə tələsməyin, müharibə hələ bitməyib. Onun necə bitəcəyi isə hələ də böyük sual altındadır”. “Vahid Ermənistan” partiyasının təsisçisi Artur Kazinyanın bu sərsəm fikirləri Ermənistan siyasi arenasının gündəmində əsas müzakirə mövzusuna çevrilib və birmənalı qarşılanmayıb. Ermənistanın özəyini təşkil edən revanşist meyilli qüvvələr Kazinyanın bu fikirlərini dəstəkləsələr də, növbəti müharibənin ölkəni məhv edəcəyindən narahat olanlar da az deyil.  Bəs görəsən ermənilərin belə cəsarətlənməsi və müharibədən danışması nədən qaynaqlanır? Burada ABŞ və Qərbdən alınan dəstəyin rolu ola bilərmi? Ümumiyyətlə Kazinyanın müharibə anonsu nə dərəcədə realdır?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistanda revanşizm meylləri daim gündəmdədir: “Terpetrasyanın “Erməni Milli Konqresi” partiyası istisna olmaqla digərləri revanşist əhval ruhiyyədədirlər və Azərbaycanla müharibəyə başlamaq çağırışlar edirlər. Son günlər ABŞ və Fransanın dəstəyi erməniləri həvəsləndirir. Ona görə də, bu kimi çağırışlara yol verirlər. Amma bu çağırışlar absurddur. Azərbaycan tərəfi daim ermənilərin revanşist fikirlərini yaxından izləməlidir. Çünki Ermənistan Azərbaycana qarşı müharibəni bitirməyib və onu davam etdirir. Son günlər Zəngəzur tərəfdə texnika və artilleriya cəmləşdirməsi bunu deməyə əsas verir”.

Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir… – Məhəmməd  Əsədullazadə « ONN İnformasiya Agentliyi

Politoloqun sözlərinə görə, erməni ideologiyası məhz bu cür revanşist meyllərin əsasında qurulub: “Onlar növbəti mərhələdə Azərbaycana qarşı təxribatlara gedə bilərlər. Ona görə də, növbəti döyüşləri istisna etmirəm. Əgər döyüşlər baş verəcəksə, Azərbaycan Zəngəzur dəhlizini açacaq, Cermuxa, Gorusa və digər ərazilərə nəzarəti bərpa edəcək. Çünki sərhədlərin delimitasiya və demarkasiya prosesi həyata keçirilməyib. Həmin istiqamətlərdə Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə Ermənistan Silahlı Qüvvələri tərəfindən təhdidlər olunur. Görünür Ermənistan tərəfi bu cür siyasi dəstəyə arxalanıb növbəti hərbi əməliyyatlara başlamağa çalışır. Təbii ki, bu da Levon Terpetrasyanın da dediyi kimi Ermənistan dövlətinin fiaskosu olacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az   

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*