Ermənistan Baş Prokurorluğu Anna Akopyanın bəyanatına MÜNASİBƏT BİLDİRDİbackend

Ermənistan Baş Prokurorluğu Anna Akopyanın bəyanatına MÜNASİBƏT BİLDİRDİ

“Ümumilikdə 10,6 min nəfərə qarşı cinayət işi açılıb, 756 nəfər fərarilikdə ittiham olunub”. 

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti Baş nazirin həyat yoldaşı Anna Akopyanın açıqlamasını şərh edərkən bildirib.

“Ümumilikdə 10,6 min nəfərə qarşı 1,7 mindən çox cinayət işi açılıb. 143 şəxs üzrə 118 iş məhkəməyə göndərilib. Onlardan 64-ü artıq məhkum edilib, qalanları ilə bağlı məhkəmə prosesi davam edir.

Bundan əvvəl Akopyan bəyan edib ki, 44 günlük müharibə zamanı Ermənistanda 11 min fərari olub.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Akopyanın bəyanatını şərh etməkdən imtina etmişdi.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*