Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb etdibackend

Ermənistan DİN Qarabağ ermənilərinin silahları təhvil vermələrini tələb etdi

Ermənistan Daxili İşlər Nazirliyi (DİN) Qarabağdan könüllü çıxıb ölkəyə gələnlərin silah-sursatı təhvil vermələrini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, bu addım onları məsuliyyətdən azad edəcək.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan daxili işlər naziri Vahe Qazaryan Qarabağdan gələnlərin gətirdikləri silahları təhvil verməyə çağırış edib. Nazir parlamentdə bəyan edib ki, Qarabağdan müəyyən miqdarda silah və sursat daşınmasına dair sübutlar var: “Artıq onları könüllü təslim etmələri halları da var. Hüquq-mühafizə orqanları izahat işləri aparır”./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*