backend

"Ermənistan ərazisində “Qərbi Zəngəzur Respublikası” yarana bilər" - Orbelyan

“Ermənistan ərazisində “Qərbi Zəngəzur Respublikası” yarana bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni vəkil Aram Orbelyan mayın 23-də jurnalistlərlə görüşündə bildirib.

“Qarabağın və anklav kəndlərin qaytarılmasından sonra növbəti addım qaçqınların geri qayıtması olacaq. Sonra azərbaycanlıların təhlükəsizliyi məsələsi ortaya çıxacaq. Daha sonra Ermənistanın bir hissəsinin bir növ Şimali Kiprə çevrildiyini görəcəyik ki, bu da “Qərbi Zəngəzur Respublikası” adlandırılacaq”, – Orbelyan deyib.

O, Ermənistan və Qarabağın “təhlükə”də olduğunu bildirib.

“Rusiya və Azərbaycan 16 il ərzində delimitasiya aparır, Azərbaycanla Gürcüstan arasında mübahisəli ərazi var. Proses həmişə nisbidir, əsas olan cari nəticədir. Madrid prinsipləri danışıqlar masası üzərində idi və “müstəqil” Qarabağ və təhlükəsiz Ermənistan var idi. Bu gün Qarabağ da, Ermənistan da təhlükə altındadır”, – Orbelyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*