“Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi TANIYIR” – Poqosyanbackend

"Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi TANIYIR" - Poqosyan

Ermənistan hakimiyyəti Bakının arqumentlərini dəstəkləyir və Qarabağın Azərbaycanın bir hissəsi olması barədə Azərbaycan tezisini 100% qəbul edir.

KONKRET.az xəbər verir ki, bunu erməni mediasına noyabrın 9-da vəkil Vardan Poqosyan deyib.

“Ermənistanda ərazi bütövlüyünün tanınmasının artıq 1991-ci ildə baş verdiyini deyəndə, alt mətn ondan ibarətdir ki, Ermənistan hakimiyyəti hələ 1991-ci ildə Qarabağdan imtina edib, onu Azərbaycanın bir hissəsi kimi tanıyıb”, – deyə Poqosyan bildirib.

Əgər Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıyırlarsa, bu, onun sözlərinə görə, başqa dövlətin ərazisinə qarşı güc tətbiq etməmək öhdəliyi götürmək deməkdir. Amma ərazi bütövlüyünün tanınması Qarabağın bu ərazinin bir hissəsi olub-olmaması sualına cavab vermir.

“Təəssüf ki, bu halda Ermənistan hakimiyyəti Azərbaycanın müdafiəçisinə çevrilib və deyir ki, biz 1991-ci ildə ərazi bütövlüyü prinsipini tanıyanda Qarabağın Azərbaycanın bir hissəsi olduğunu artıq tanımışıq”, – deyə Poqosyan əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*