Ermənistan Hava Yolları Moskva-İrəvan-Moskva reyslərini ləğv edib.
KONKRET.az xəbər verir ki, bu barədə “Ermənistan Hava Yolları”nın baş direktorun müavini Gevorq Xaçatryan məlumat verib.
“Ermənistan Hava Yolları Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə martın 24-dən aprelin 15-dək NGT936/935 Moskva-İrəvan-Moskva reyslərini ləğv edib. NGT930/929 İrəvan-Moskva-İrəvan reysləri qrafikə uyğun yerinə yetiriləcək.
Danışıqlar davam edir və alternativ həll yollarının tapılması istiqamətində iş gedir”, – deyə Gevorq Xaçatryan bildirib.
Sevinc Paşayeva,
KONKRET.az
