Ermənistan İranla bərabər bu ölkələr üzərindən də aviauçuşları dayandırdıbackend

Ermənistan İranla bərabər bu ölkələr üzərindən də aviauçuşları dayandırdı

Ermənistan Mülki Aviasiya Komitəsi bu il yanvarın 8-də Tehranda “Boeing-737”-nin faciəli qəzası ilə bağlı yeni hallar da daxil olmaqla Yaxın Şərqdəki hadisələri izləməkdə davam edir.

KONKRET.az erməni mediasına istinadən xəbər  verir ki, Komitə hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq agentlik Ermənistanda qeydiyyatdan keçmiş aviaşirkətlərə AB-nin Təhlükəsizlik Riskləri Qiymətləndirmə Şurasının mövqeyini nəzərə almağı, İranla bərabər İraqın hava məkanlarını bütün yüksəkliklərdə müvəqqəti keçməyin mümkünsüzlüyünü nəzərdən keçirməyi tövsiyə edir.

Qeyd edək ki, daha əvvəl Federal Hava Nəqliyyatı Agentliyi Rusiya aviaşirkətlərinə İraq, İran, Fars və Oman körfəzlərindəki hava məkanlarından yayınmağı tövsiyə edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*