Ermənistan İsraildə səfirliyini  rəsmən açdı…-FOTObackend

Ermənistan İsraildə səfirliyini rəsmən açdı...- FOTO

İsrailin Roş-Haşana bayramı ərəfəsində paytaxt Təl-Əvivdə  işğalçı Ermənistan Respublikasının səfirliyinin rəsmi açılışı olub.

KONKRET.az İsrail mediasına istinadla xəbər verir ki, mərasimə İsrail Xarici İşlər Nazirliyinin “Avrasiya-2” departamentinin müdiri İzhak Karmel-Kaqan da qatılıb.

Mərasimdə çıxış edən səfir Armen Smbatyan səfirliyin yəhudi təqviminə görə Yeni il ərəfəsində işə başlamasında xüsusi bir simvolizm  olduğunu qeyd edib. Öz növbəsində, İzhak Karmel-Kaqan İsrail dövləti adından Ermənistanın diplomatik nümayəndəliyinin açılmasını alqışlayıb və ölkələr arasındakı münasibətlərin inkişafının vacib bir proses olduğunu, bunun açıq və konstruktiv dialoqun ortaya çıxacağı təqdirdə gələcəkdə istənilən səviyyəli problemlərin həllinə imkan verəcəyini vurğulayıb. moderator.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*