Məlum olduğu kimi Ermənistan Xüsusi İstintaq Xidməti Ərazi İdarəetmə və İnfrastruktur Naziri Suren Papikyanın məhkumluğu ilə bağlı cinayət işi açıb.
KONKRET.az xəbər verir ki, 13 fevral 2020-ci ildə “hraparak.am” saytında yayımlanan “Suren Papikyan məhkumluğunu gizlətdi” adlı ilə məqalə dərc edilib.
Lakin Ermənistanın müvafiq strukturları bu məqaləni nazirin şəxsi həyatının gizli sirri hesab olunan məlumatların toplanması, saxlanması və ya yayılması kimi dəyərləndirib.
Təşkilatın bəyanatında deyilir: “Biz bunu azad mətbuata xələl gətirmək, söz azadlığını məhdudlaşdırmaq və hökumətin mediada işinə müdaxilə cəhdi kimi görürük. Bu, xüsusilə demokratik elan edilmiş hökumət və dövlət üçün tamamilə qəbuledilməzdir.
Hakimiyyəti, xüsusən hüquq mühafizə orqanlarını medianın işinə qarışmamaq və onlar üçün lazımsız əngəllər yaratmamağa çağırırıq. Media öz işlərini həyata keçirir və ölkədə baş verən müxtəlif hadisələr barədə ictimaiyyətə məlumat verir, müxtəlif məlumatlar, o cümlədən yüksək səviyyəli məmurlar barədə məlumat verir.
Söz azadlığı mütləq bir dəyərdir və heç kimin bu həqiqəti şübhə altına almağa haqqı yoxdur”.