Ermənistan KTMT ilə bağlı QƏRAR VERDİbackend

Ermənistan KTMT ilə bağlı QƏRAR VERDİ

KTMT sammiti noyabrın 27-də Bişkekdə keçiriləcək.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Ermənistan sammitdə iştirak etməyəcək, lakin razılaşdırılmış sənədlərin qəbul edilməsinə qarşı deyil.

O, Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan və Tacikistan liderlərinin sammitdə iştirak edəcəyini açıqlayıb.

Kreml rəsmisi qeyd edib ki, KTMT sammitinin yekun bəyannaməsində beynəlxalq və regional gündəmdəki əsas məsələlərə ümumi yanaşmalar əks olunacaq.

Qeyd olunub ki, Putin ənənəvi olaraq Bişkekə səfərini başa vuraraq mətbuatın qarşısına çıxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*