Ermənistan Müdafiə Nazirliyinin Gümrü hərbi polisinin keçmiş rəisi həbs olundubackend

Ermənistan Müdafiə Nazirliyinin Gümrü hərbi polisinin keçmiş rəisi həbs olundu

KONKRET.az Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən bildirir ki, Müdafiə Nazirliyinin Gümrü Hərbi Polisinin keçmiş rəisi M.Muradyana qarşı ittiham elan edilib və həbs qətimkan tədbiri seçilib.

Mənbə bildirib ki, məhkəmədən əvvəlki mərhələdə aparılan istintaq və digər prosessual hərəkətlər nəticəsində məlum olub ki, 2014-cü ilin oktyabr ayında istintaq orqanının rəhbəri olan polkovnik M.Muradyan tanışı Rusiya vətəndaşı E.Martirosyandan oğlu V.Martirosyanın İrəvana gəldiyini öyrənib. Muradyana tanışının oğlunun Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olduğu və buna görə də ölkədə gizlənmək istədiyi də məlum olub. Cinayətkarın ölkədə gizlənməsi üçün məmur 22 milyon dram (45 min dollar) məbləğində rüşvət tələb edib və alıb.

Məlumatda deyilir: “Muradyan vəzifəli şəxs olaraq cinayətləri açmaq və cinayətkarları müəyyənləşdirmək, həmçinin cinayətlərin qarşısını almaq üçün müvafiq əməliyyat-istintaq və cinayət-prosessual hərəkətlər etmək əvəzinə E.Martirosyanın oğlu V.Martirosyanın lehinə qanunsuz hərəkətlər etməsinə razılıq verib – rüşvət alaraq onun rus pasportuna Ermənistandan gediş möhürü vuraraq, daha sonra Ermənistan vətəndaşının pasportu və hərbi vəsiqəsini də təqdim edib”.

Müəyyən edilib ki, 2015-ci ilin sonuna kimi E.Martirosyandan bank köçürmələri vasitəsilə külli miqdarda rüşvət almış Muradyan V.Martirosyan öz malikanəsində saxlamış, ona malikanənin yanındakı köməkçi binadakı otaqlardan birini vermişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*