“Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil”.
KONKRET.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzü hələ də davam edir:
“Müvəqqəti atəşkəsdən sonra bu gün də Ermənistana Azərbaycanın mülki əhalisinə qarşı atəşə tutması davam edir. Azərbaycan silahlı qüvvələri də özünü müdafiə üçün bu cür təxribatlara cavab vermək məcburiyyətindədir. Son bir il ərzində baş verən proseslər onu göstərdi ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində maraqlı deyil. Onlar Azərbaycan torpaqlarını ilhaq etməkdə maraqlıdırlar”.
Prezidentin köməkçisi onu da qeyd edib ki, bununla bir daha bütün dünya Ermənistanın riyakar siyasətini görməkdədir.
