Ermənistan müxalifəti Paşinyanı istefaya göndərə bilmədi – SƏBƏBbackend

Ermənistan müxalifəti Paşinyanı istefaya göndərə bilmədi - SƏBƏB

Ermənistan parlamentinin respublikanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı növbədənkənar iclası baş tutmayıb.

KONKRET.az-ın məlumatına görə, bunu parlamentin müxalifətçi deputatı Naira Zoqrabyan jurnalistlərə deyib.

Onun sözlərinə görə, parlamentin növbədənkənar iclası kvorumun təmin edilməməsi səbəbindən baş tutmayıb: “İclasa yalnız parlamentin vitse-spikeri Lena Nazaryan gəldi. Hakim fraksiyadan olan digər deputatlar iclasa qatılmadı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*