“Utanıram ki, bizim belə baş nazirimiz var”.
KONKRET.az erməni KİV-inə istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında jurnalistlərə “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan deyib.
“Məndən qorxurlar, gözümə baxa bilmirlər, ona görə də MTX-dan buraxmırlar”,- deyə baş nazir Nikol Paşinyanın əsas rəqibi əlavə edib.
“…Qanunsuzluq edən hər kəs tezliklə məsuliyyətə cəlb olunacaq. Mən hakimiyyətə can atmıram və heç bir inqilab etmək istəmirəm, ancaq insanların problemləri həll olunmalıdır. Paşinyan sentyabrın 27-də istefa versəydi, vəziyyət belə olmazdı…”, – deyə Tsarukyan vurğulayıb.
Xatırladaq ki, noyabrın 12-də Ermənistanın Xüsusi İstintaq Xidməti etirazlarla bağlı on müxalifət liderini saxlayıb. Onların arasında Tsarukyan da var idi. Daha sonra məhkəmə Qaqik Tsarukyanı həbsdən azad edib.virtualaz.org
