Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Moskvaya yola düşüb.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, Artak Davtyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Moskvada keçiriləcək “Beynəlxalq Ordu Oyunları – 2021” in mükafatlandırma və bağlanış mərasimində iştirak edəcək.
Qeyd edək ki, təşkilatçısı Rusiya Federasiyasının Müdafiə Nazirliyi olan bu tədbir 11 ölkənin (Rusiya, Əlcəzair, Ermənistan, Belarus, Vyetnam, İran, Qətər, Qazaxıstan, Çin, Serbiya, Özbəkistan) ərazisində keçirilir. Ümumilikdə 42 ölkədən 277 komandanın iştirak etdiyi yarışlarda 5 mindən çox hərbçi yarışır.
Müşviq Tofiqoğlu
KONKRET.az
