Ermənistan ordusunun bir sıra hərbçiləri saxlanılıb.
KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, Hərbi Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı smartfon tipli telefonlardan istifadə edən, hərbi xidmətin gündəlik həyatından fotoları internetə yerləşdirən bir sıra müddətli və müqaviləli hərbi qulluqçuları müəyyən edilərək saxlanılıb.
Nazirlikdən verilən məlumata görə, hərbçilər məsuliyyətə cəlb edilib.
Bildirib ki, qadağaya tabe olmayan hərbçilərin məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər davam etdiriləcək.