Ermənistan prezidentini tutuquşuya BƏNZƏTDİLƏRbackend

Ermənistan prezidentini tutuquşuya BƏNZƏTDİLƏR

Ermənistan prezidenti “tutuquşu” adlandırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Avetik İşxanyan Facebook səhifəsində yazıb.

“Sadiq tutuquşu!

Ölkəmizdə adı Ermənistan prezidenti olan konstitusiya vəzifəsi var.

Bu gün həmin vəzifəyə təyin olunan şəxs əslində onu həmin vəzifəyə təyin edənin sadiq tutuquşu rolunu yerinə yetirir.

Baş nazir Türkiyə və Yunanıstana başsağlığı verəndə tutuquşu dərhal bunu təkrarlayır. Baş nazir hər hansı bir ölkənin başçısına, indiki kimi Bolqarıstan prezidentinə təbrik mesajı göndərəndə, sadiq tutuquşu bir neçə dəqiqə sonra bunu təkrarlayır.

Amma İranda zəlzələ, Hindistanda qəza baş verəndə tutuquşu susur. Çünki o, sadəcə tutuquşudur və sahibinin sözlərini təkrarlayır.

Təbii ki, tutuquşu bəzən düşmənə yaltaqlanmaqda, vətəndən əl çəkməkdə, hər bir hərəkətinə görə sahibinə təşəkkür etməklə “fərdilik” nümayiş etdirir”, – deyə İşxanyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*