“Ermənistan Qarabağdan əlini üzsə belə, problem qalır və həll edilməlidir” – Erməni deputat SƏRSƏMLƏDİbackend

"Ermənistan Qarabağdan əlini üzsə belə, problem qalır və həll edilməlidir" - Erməni deputat SƏRSƏMLƏDİ

Kimsə Qarabağdan əlini üzməyə qərar versə belə, bu, bütün sivil xalqlar üçün problem olaraq qalır.

KONKRET.az bildirir ki, bunu sentyabrın 28-də jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə daimi parlament komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Vladimir Vardanyan deyib.

“Qarabağdakı münaqişə qətiyyən ərazi münaqişəsinə bənzəmir, problem Qarabağ ermənilərinə, onların yaşamaq hüququna aiddir. Ona görə də Ermənistan və ya hansısa ölkə Qarabağdan əlini üzmək qərarına gəlsə belə, problem qalır, bu, bütün sivil xalqların problemidir və həll edilməlidir.

Robert Koçaryanın hakimiyyətin Qarabağda dövlət qurumlarını dağıtmaq niyyətində olması ilə bağlı açıqlamalarına cavab olaraq bildirirəm ki, son illərdə Ermənistan hakimiyyəti tərəfindən Qarabağa göstərilən yardımın həcmini öyrənsin.

Heç kim əlini heç nədən üzməyib. Əgər söhbət xalqın hüququndan gedirsə, deməli, onun konteksti istənilən ərazi münaqişəsindən üstündür.

Biz çoxdan deyirik ki, Qarabağ danışıqlar amilinə çevrilməlidir, danışıqlarda iştirak etməlidir. Bu dialoqda hansı formatların və xüsusiyyətlərin olduğunu başa düşməlisiniz. Qarabağ xalqı var və onların hüquqları qorunmalıdır. Bunlar çox incə proseslərdir.

Son günlər İŞİD-in fəaliyyətinə xas olan barbarlığın şahidi olduq. Bu, sərt diplomatik əks-hücum üçün fürsət idi. Beynəlxalq ictimaiyyət bilməlidir ki, biz kiminlə qarşılaşırıq və hansı təhlükələr ola bilər. Onlar sıfıra endirilməlidir”, – deyə deputat sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*