“Ermənistan tarixi hadisələrdən sui-istifadə edir” – Müdafiə naziri 1915-dən DANIŞDIbackend

"Ermənistan tarixi hadisələrdən sui-istifadə edir" - Müdafiə naziri 1915-dən DANIŞDI

“1915-ci il hadisələrinin təhrif edildiyi çox açıq və aydındır”.

KONKRET.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov birgə keçirdiyi mətbuat konfransında deyib.

O, bu məsələ ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistana etdiyi çağırışı xatırladıb: “Prezidentimiz bu məsələ ilə bağlı tarixçilərdən ibarət heyətin formalaşdırılmasını təklif edib. Siyasətçilər də “mən haqlıyam”, “sən haqsızsan” deməsinlər. Tarixçilər mübahisə etsinlər, nəticəni ortaya qoysunlar.

Bizim sənədlərimiz ortadadır. Ermənistan tərəfinin populist, opportunist mövqedə olduğunu, bəzi şəxslərin seçkilərdə səs toplamaq üçün tarixi hadisələrdən sui-istifadə etdiklərini görürük. Bunu hamının bilməsi lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*