“Qarabağı “mühasirə”dən xilas etməyin yalnız iki yolu var”.
KONKRET.az xəbər verir ki, erməni tarixçi və siyasətçi Armen Ayvazyan Facebook səhifəsində yazıb .
Nə qədər deyilsə də, danışsa da, müzakirə etsə də, Qarabağı “mühasirə”dən xilas etməyin iki yolu var:
1) böyük dövlətlərin Azərbaycana qarşı tətbiq edəcəyi iqtisadi sanksiyalar, zərurət yarandıqda, həmçinin birbaşa hərbi müdaxilə formasında güclü beynəlxalq təzyiq;
2) Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçiriləcək xüsusi hərbi əməliyyat və yaxud çox güman ki, Qarabağda Azərbaycanla genişmiqyaslı müharibə.
Sadəcə olaraq üçüncü həll yolu yoxdur, mövcud deyil.
Əlbəttə ki, birinci varianta üstünlük verilir. Amma gördüyümüz kimi, Azərbaycana qarşı hələ də beynəlxalq təzyiq yoxdur. Çox gec ola bilər və ya heç olmaya bilər.
Buna görə də, əgər Qarabağdan əhalinin çıxarılması ilə barışmaq fikrində deyiliksə, onda biz təcili və ciddi şəkildə ikinci varianta hazırlaşmalıyıq.
Yoxsa bunun ardınca Zəngəzurda və Ermənistanın digər bölgələrində də buna bənzər mühasirələr və əhalinin azalması qaçılmaz olacaq.
Bu, Ermənistanın yaşaması, erməni xalqının varlığı üçün həlledici döyüş olacaq və bu döyüşdə heç bir səbəb olmadan müttəfiqlər peyda olacaq.
Qarabağın təslim olmasına icazə verməklə biz düşmənə müqavimət göstərmək üçün son imkanlardan məhrum olacağıq.
Düzgün qərarlar vermək üçün çox az vaxt qalıb”, – deyə Ayvazyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az

Ay ayvazpetuxyan sen niye Azeri Türklerinin esebileri ile çilingac oynayırsan? Ay bizlerden emele gelib bize oxşamaq istemeyen alçaq. Senin esl-necabetin 3-4 milyon deyil, bizimle müharibe etmek isteyirsen? 150 milyon Türkün yumruğu Prezidentimiz demişken sene az te”sir etdi? Davamını isteyirsense o da geler. Demir yumruq yene de başına deyse artıq ermenistan yox, cındırıstan adı ile barışacaqsan. Bu da baş verecek.