Ermənistanla Türkiyə arasında hava yükdaşımaları hələ də həyata keçirilməyib.
KONKRET.az xəbər verir ki, bunu yerli “Joxovurd” qəzeti Ermənistan İqtisadiyyat Nazirliyinə istinadən yazıb.
“Bu il yanvarın 1-dən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağa aradan qaldırılıb. Bu uçuşları həyata keçirə bilmək üçün gömrük və digər prosedurları əlaqələndirmək lazımdır”, – məlumatda deyilir.
Qeyd olunub ki, bu barədə siyasi bəyanat var, amma yükdaşımaların həyata keçirilməsi mümkün deyil.
İqbal Rzayev,
KONKRET.az
