Ermənistan -Türkiyə sərhədində minalardan təmizləmə işlərinə BAŞLANILDIbackend

Ermənistan -Türkiyə sərhədində minalardan təmizləmə işlərinə BAŞLANILDI

Ermənistan -Türkiyə sərhədində minalardan təmizləmə işlərinə başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “GazeteKars” məlumat yayıb.

Qarslılar Ermənistan -Türkiyə sərhədində, Qarsın Akyak rayonunun İbiş kəndi yaxınlığında yerləşən Doğukap keçid məntəqəsinin açılışına hazırlaşırlar.  Buna görə 20 gündür ki, minalardan təmizləmə işləri aparılır. Təmizləmə işləri İsrail şirkəti tərəfindən həyata keçirilir.

Nəşrin gündəmində avtomobil və dəmir yolu ilə Doğukap sərhəd-keçid məntəqəsinin və yalnız avtomobil yolu olan Əlican sərhəd keçid məntəqəsinin açılışıdır. Bununla yanaşı, minalardan təmizləmə bağlı da məlumatlar verilir.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*