Ermənistan və Fransa Müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıblar. Bir neçə onlarla birgə tədbiri nəzərdə tutan sənəd 15–16 dekabr tarixlərində Parisdə keçirilən strateji məsləhətləşmələrin yekununda təsdiqlənib.
KONKRET.az xəbər verir ki, strateji məsləhətləşmələrdə Ermənistan nümayəndə heyətinə ölkənin Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Levon Ayvazyan rəhbərlik edib. O, Fransa Müdafiə Nazirliyinin beynəlxalq münasibətlər və strategiya idarəsinin rəhbəri Giyom Olanje ilə görüş keçirib.
Məlumata görə, müdafiə sahəsində növbəti məsləhətləşmələr Ermənistanın paytaxtı İrəvanda baş tutacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
