Ermənistan XİN: “Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərə CAVAB ALDIQ”backend

Ermənistan XİN: "Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərə CAVAB ALDIQ"

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı təkliflərə cavab alıb.

KONKRET.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” agentliyinə müsahibəsində bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi dünən İrəvanda sülh müqaviləsi ilə bağlı təkliflərə Bakının cavabını aldıqlarını, lakin təfərrüatları açıqlamadıqlarını bildirib.

Mirzoyan deyib ki, müzakirələr davam edir.

“Ümid edirik ki, bu məsələdə ən qısa zamanda razılıq əldə edəcəyik və beynəlxalq tərəfdaşlarımızın vasitəçilik səyləri də bu prosesdə mühüm rol oynaya bilər”, – erməni nazir deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*