Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə KONKRET.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 6-da keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 nəfər Mərakeş Krallığı vətəndaşı Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş tədbirlər nəticəsində 2 nəfər Əfqanıstan vətəndaşı eyni istiqamətdə dövlət sərhədini pozmağa cəhd göstərən zaman tutulub.
Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

