Göygöl rayonunda 1978-ci il təvəllüdlü Yaşar Həsənovun meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, 48 yaşlı Daşkəsən rayon sakininin cansız bədəni yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
