KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, satış saytlarında yerləşdirilən elanlara nəzər saldıqda, son model və az yürüşlü “Niva”ların qiymətinin fantastik həddə yüksəldiyi aydın görünür.
Belə ki, istismar olunmuş 2024–2025-ci il buraxılışlı “Niva” avtomobillərinin qiymətləri artıq 25 000 manatdan başlayaraq 31 400 manatadək dəyişir. Bakı, Gəncə, Sumqayıt və Xaçmaz kimi şəhərlərdən təqdim olunan elanlarda 15-35 min kilometr yürüşü olan modellər üçün tələb olunan məbləğlərin yüksəkliyi alıcıların diqqətindən yayınmır.
Ekspertlər “Niva” modellərindəki bu kəskin bahalaşmanı tələbatın yüksək olması, yeni avtomobil idxalındakı qiymət artımları və yerli bazardakı ümumi bahalaşma meylləri ilə əlaqələndirirlər.




