Ermənistana qaytarılan hərbi əsirlər DİNDİRİLİRbackend

Ermənistana qaytarılan hərbi əsirlər DİNDİRİLİR

“Ermənistana qaytarılan bütün əsirlər dindirilir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan  İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadosyan jurnalistlərə açıqlamasında deyib.

O, başqa təfərrüatları açıqlamadan “Hamı dindirilir” , – deyə ifadə  edib.

Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*