Ermənistanda 30 avtomobil toqquşdubackend

Ermənistanda 30 avtomobil toqquşdu

Ermənistanda 30 avtomobil toqquşub.

KONKRET.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 11.50 radələrində Kotayk vilayətində baş verib.

Kotayk rayonunda, İrəvandan Sevan gölünə gedən magistral yolda zəncirvari qəzada 30-dan çox avtomobil toqquşub. İlkin məlumatlara görə, ölən yoxdur və qəzaya səbəb yolun buz bağlamasıdır.

Hadisə yerində təcili tibbi yardım, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*