“Ermənistanda ciddi bir sosial proses başlamalı, tarixin bu biabırçı səhifəsi bağlanmalıdır” – Elinar Vardanyanbackend

"Ermənistanda ciddi bir sosial proses başlamalı, tarixin bu biabırçı səhifəsi bağlanmalıdır" - Elinar Vardanyan

“Lena, Lulu, Alen, Makunets, Arpi Davoyan, Şirak Torosyan, Nazeli Bağdasaryan və daha 76 erməni gənci yeni “Yerablur” un qurucusu, Şuşa və Hadrutu təslim edən adamı alqışladı. Bütöv bir nəsli məhv edən, minlərlə gəncin taleyini təhrif edən, bircə dənə də olsun həqiqəti danışmayan və hər sonrakı söz əvvəlkini təkzib edən bir adam heç bir sözünə cavabdeh deyil. Hər addımı qanlı olan bir adam”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Alternativ Layihələr Qrupunda təmsil olan Elinar Vardanyan bildirib.

O, daha sonra yazıb:

“Lələ-Təpə əməliyyatı haqqında danışan şəxsi həvəslə alqışlayırdılar: “Əməliyyatın müəllifi general idi, general bu təklifi məqbul saydı, həyata keçirilmə ehtimalı və qərar general tərəfindən verildi”.

Sən kim idin?

Ehtiyacınız olanda “mən baş komandanam, heç kim mənim komandirlik qabiliyyətimə şübhə etməsin” deyirdiniz, amma indi əməliyyat zamanı “fikrimi bildirmədim” deyirsiniz. 800 gənci qaçılmaz ölümə sqrqklədiniz, ordunun arxa hissəsi darmadağın edildi, ordunun ehtiyatı məhv edildi. Amma siz bəyan edirsiniz ki, “Mənim bununla heç bir əlaqəm yoxdur”. Əgər əlaqənin yox idisə, niyə əməliyyatın ortasında xarici mətbuata müsahibələr verirdiniz və əməliyyatın təfərrüatlarını danışırdınız?

Parlamentdə bu tamaşanı niyə qoyduğunu bilirsinizmi? Çünki Vətəni Qurtarma Hərəkatının liderləri vaxtlarını ziyafətlərdə keçirirlər. O isə bundan istifadə edib boşluğu doldurmağa, təşəbbüsü əlinə götürməyə qərar verdi.

Onun niyə Lələ-Təpə əməliyyatı üzərində çox durduğunu  bilirsinizmi? Çünki bu arada qurbanların valideynləri araşdırma aparır, istintaq gedir və bununla da dəhşətli faktlar ifşa olunur. Bu ərəfədə Nikolun açıqlaması ilə bunkerdə kimin və hansı əmrlərin verdiyi aydın oldu.

Bugünkü qanlı çıxışdan yeganə nəticə budur ki, Ermənistanda ciddi bir sosial proses başlamalı, tarixin bu biabırçı səhifəsini bağlamaq üçün ciddi ictimai hərəkatlar qurulmalıdır. Bu hərəkat ideoloji və iradəli olmalı, bir neçə istiqamətdə şübhəli oyunlar olmadan və şəxsi maraqlar təbliğ etməməlidir. Və bu vəziyyətdə bir gün bu qanlı alqışlar boğulacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*