Ermənistanda daha bir hərbçi naməlum səbəbdən ÖLDÜbackend

Ermənistanda daha bir hərbçi naməlum səbəbdən ÖLDÜ

Ermənistanda daha bir hərbçi naməlum səbəbdən ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Avqustun 14-də saat 15:20 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu sıravi Manvel Tadevosyanın (1981-ci il təvəllüdlü) vəziyyəti kəskin pisləşib.

Təcili tibbi yardım göstərilsə də, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*