Ermənistanda daha bir hərbçi pul qarşılığında dövlətə xəyanət etdi – VİDEObackend

Ermənistanda daha bir hərbçi pul qarşılığında dövlətə xəyanət etdi - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbçilər tərəfindən daha bir dövlətə xəyanət faktı barədə məlumat verib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, ermən hərbçi Ok.ru sosial şəbəkəsi vasitəsilə başqa ölkənin xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşüb və xidmətə cəlb olunub.

“O, xüsusi xidmət orqanlarına dövlət sirrini və xidməti sirri təşkil edən məlumatları – hərbi hissə, bölmələr, mövqelər, onların texnikası və s. ötürüb. Bunun üçün bank köçürmələri ilə pul alıb. Bununla da o, dövlətə xəyanət etmiş, ölkənin ərazi bütövlüyünə və təhlükəsizliyinə xələl gətirmişdir”, – deyə məlumatda bildirilir.

Sözügedən hərbçi tutulub. Onun barəsində cinayət işi açılıb və həbs edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*